07 avqust 2020, 13:00

İsmayıl İsgəndərovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Hər bir vətəndaşın, xüsusən də yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi biz ağsaqqallarda da böyük qürur hissi yaradır, Sizin daim xalqın yanında olduğunuzu sübut edir.

Sosial sahəyə böyük diqqət yetirməyiniz, yaşlılara, əlillərə, ahıllara qayğı göstərməyiniz təqdirəlayiqdir.

Mən pensiyaçıyam. Özümün və özüm kimi yaşlı insanların adından pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq pensiyaların, sosial müavinətlərin gecikdirilmədən vaxtında verilməsinə, sosial yardım alan aztəminatlı ailələrin sayının artırılmasına görə Sizə minnətdarlığımı bildirirəm.

Respublikanın bütün ağsaqqalları Sizi ulu öndər Heydər Əliyevin layiqli davamçısı, qətiyyətli və müdrik rəhbər kimi tanıyır və Sizinlə fəxr edir.

Sizə məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar arzu edirəm.

Dərin hörmətlə,

İsmayıl İsgəndərov

Dövlət Aqrar Universitetinin professoru

Azərbaycan Respublikası, Gəncə şəhəri.