07 avqust 2020, 12:00

Adil Allahverdiyevdən, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün dünyada inkişaf etmiş ölkələr həm də yol mədəniyyətinə görə seçilirlər. Yol vətəndaşların rahat həyatı ilə yanaşı, həmin bölgədə iqtisadiyyatın güclənməsi deməkdir.

Sizin bu sahəyə xüsusi önəm verməyiniz heç də təsadüfi deyil. Ölkədə bu sahədə görülən işlərin nəticəsidir ki, müstəqil Azərbaycan bütün sahələrdə olduğu kimi, özünün yol mədəniyyəti ilə də dünyada fərqlənən ölkələr sırasındadır. Əlbəttə ki, bu işlər ən birinci həmin ərazidə yaşayan sakinlərin sevincinə səbəb olur.

Bu günlərdə kəndimizin yollarının yenidən qurulması üçün verdiyiniz tapşırıqlara görə sevincimin həddi-hüdudu yoxdur. Həmin yola asfalt çəkilməsi mənimlə yanaşı kəndimizin bütün sakinlərinin üzünü güldürdü.

Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Allahverdiyev Adil Qəhrəman oğlu

Azərbaycan Respublikası, Şəki rayonu, Aşağı Kəldək kəndi.