07 avqust 2020, 11:00

Səbuhi Abdullayevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər il imzaladığınız sərəncamların arasında artezian quyularının qazılmasına, əhalinin içməli və suvarma suyu ilə təminatına xüsusi yer ayırırsınız.

Sizin təşəbbüsünüzlə 2020-ci ildə rayonumuzda içməli suya ehtiyacın təmin edilməsi məqsədilə qazılan artezian quyularından biri də kəndimizin payına düşüb. Artezian quyusunun istifadəyə verilməsi sakinlərin su ilə bağlı problemlərini həll etdi.

Buna görə kənd ağsaqqallarının adından Sizə dərin təşəkkür bildirir, yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Abdullayev Səbuhi Şahir oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Abrıx kəndi.