07 avqust 2020, 10:30

Hidayət Vəliyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən şəhid atasıyam. Qürurla dediyim bu sözlər mənə daim təskinlik verir. Bir təskinliyim də var. Bu da ölkəmin Sizin kimi vətəndaşlara qayğı göstərən, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şərait yaradan Prezidentinin olmasıdır.

Mən Sizə xalq üçün elədiklərinizə görə təkcə öz adımdan deyil, rayonumuzun Dəlləkli, Eminli, Qədirli, Qarğalıq, Xallıcallı, Kürdəbazlı kəndlərinin sakinləri adından təşəkkür bildirir, möhkəm cansağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Vəliyev Hidayət Rza oğlu

Şəhid atası

Azərbaycan Respublikası, Masallı rayonu.