06 avqust 2020, 18:15

“Azərbaycan” Cəmiyyətinin İdarə Heyətindən, Moskva, Rusiya Federasiyası

Hörmətli cənab Prezident.

Biz Qarabağ probleminin dinc yolla həlli və Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin möhkəmlənməsi üzrə Sizin səylərinizi dəstəkləyirik.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və Azərbaycanın yaşayış məntəqələrində soyqırımı törədilməsi Azərbaycan, digər MDB ölkələri, dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən cəzasız qalıb. Buna görə də erməni işğalçılar Azərbaycan Respublikasına qarşı özlərini daha həyasız aparırlar. Azərbaycan torpaqlarının işğal edilməsindən bu günə qədər arası kəsilməyən provokasiyalar, Azərbaycanın Tovuz rayonu ərazisində artilleriya, toplardan atəşlər şəklində sonuncu təhrikçilik Qarabağ probleminin dinc yolla həllinə ümid olmadığını bir daha təsdiq edir. Buna görə də Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərin erməni işğalçılarından azad edilməsi üzrə əməliyyata başlamalıdırlar.

Biz, Rusiyada yaşayan azərbaycanlılar Sizin doğma Azərbaycanımızın müdafiəsinin gücləndirilməsi üzrə bütün səylərinizi dəstəklədiyimizi bildirir, işğal altında olan torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üzrə dərhal fəaliyyətə başlamağa çağırırıq. Biz Azərbaycana gəlməyə və Azərbaycan ərazilərinin işğalçı və terrorçulardan təmizlənməsində Azərbaycan Ordusuna təmənnasız kömək etməyə hazırıq.

Öz növbəmizdə biz Rusiya və dünya KİV-lərində və sosial şəbəkələrdə həqiqətin təşviş edilməsini gücləndirməyi, Ermənistan və erməni millətçiləri tərəfindən Azərbaycana qarşı çoxdan başlanmış informasiya müharibəsinə MDB-nin və dünya ölkələrinin informasiya məkanında cavab verməyi vəd edirik.

Hörmətlə,

Moskvadakı “Azərbaycan” Cəmiyyətinin İdarə Heyəti adından

Hüseynov Oqtay Ramazan oğlu – Moskvadakı “Azərbaycan” Cəmiyyətinin sədri

Məhəmməd Rəfiyev – Moskvadakı “Azərbaycan” Cəmiyyətinin sədr müavini

Mircamal Rəhimli – Moskvadakı “Azərbaycan” Cəmiyyətinin sədrinin Qarabağ problemləri üzrə müavini

Təhsin Nəbiyev – Moskvadakı “Azərbaycan” Cəmiyyətinin sədrinin Dini məsələlər üzrə müşaviri

Faiq Qurbanov – Moskvadakı “Azərbaycan” Cəmiyyətinin sədrinin gənclər və idman məsələləri üzrə müavini

Natiq Zamanov – Moskvadakı “Azərbaycan” Cəmiyyətinin sədrinin Şimal-Qərb dairəsi üzrə müavininin müşaviri

Rizvan Mehdiyev – Moskvadakı “Azərbaycan” Cəmiyyətinin sədrinin gənclər məsələləri üzrə müavininin köməkçisi

Çərkəz Ələkbərov – Moskvadakı “Azərbaycan” Cəmiyyətinin sədrinin Şimal-Qərb dairəsi üzrə müşaviri

Arzu Əliyev – Moskvadakı “Azərbaycan” Cəmiyyətinin sədrinin Şimal dairəsində mətbuat üzrə müavini

Rusiya Federasiyası, Moskva şəhəri.