09 iyul 2020, 14:00

Yasəmən Möhübbətqızı Əsgərovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Milli mətbuatimizin 145 illik yubleyinin keçirilməsi haqqında imzaladığınız Sərəncam media mənsubları arasında çox böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanmışdır. 2003-cü ildən uzun, şərəfli bir yol keçmiş "Dövlət və Qanun" qəzetinin kollektivi də bu Sərəncamınızı mətbuatımızın gələcək inkişafına verdiyiniz növbəti töhfə kimi qarşıladı. Dünyada və ölkəmizdə yayılan COVID-19 pandemiyasına qarşı gərgin mübarizə dönəmində, tariximizin əlamətdar hadisəsinə böyük diqqətiniz biz media işçilərində sabaha inam hissini bir daha artırdı. Qəzetimiz Sizin Prezident seçildiyiniz ilk gündən fəaliyyətə başlamış, ulu öndərimiz Heydər Əliyev ideyalarını əsas götürərək, Sizə dəstək verməkdədir. KİVDF-nin yaradılması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması kimi mühüm addımlarınızı həmişə alqışlamışıq. Yolumuzun düzgün istiqamətdə olduğunu bilərək, bu gün də işlərimizi operativ, keyfiyyətli və sədaqətlə davam etdirməkdəyik. Milli mətbuatımızın 145 illik yubileyi ərəfəsində mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandınlmasını tövsiyə etmisiniz. Bu, biz jurnalistlərin həvəslə fəaliyyət göstərməsinə Sizin tərəfinizdən böyük təkandır. Jurnalistlərə verdiyiniz dəyərə, etimada görə "Dövlət və Qanun" qəzetinin kollektivi adından Sizə dərin təşəkkürümüzü bildiririk, cansağlığı, uzun ömür, gərgin fəaliyyətinizdə bol-bol uğurlar arzu edirik.

Hörmətlə,

Yasəmən Möhübbətqızı Əsgərova

Baş redaktor, AJB-nin üzvü

Azərbaycan Respublikası, Bakı şəhəri.