08 iyul 2020, 14:00

Reyhan Ağayevadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

26 ildir ki, dünya birliyi Ermənistanın işğalçılıq fəaliyyətini bilə-bilə susur. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz doğma yurd yuvalarından didərgin düşmüşdür. Siz onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramlarını təsdiq etmisiniz.

Qaçqınların mənzil təminatı, aylıq müavinətlərin təyinatı, eləcə də qaçqın və məcburi köçkünlərin övladlarının təhsil haqlarından azad olunması - bütün bunlar onlara arxa duran dövlət başçısının və dövlətin olduğunu bəyan edir. Lakin reallıq budur ki, onlar öz doğma yurdlarına qayıtmalıdırlar. Sizin üçün Qarabağ problemi ən ümdə məsələdir və bununla bağlı Azərbaycanın haqlı mövqeyini bütün çıxışlarınızda diqqətə çatdırırsınız. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videkonfrans formatında sammitindəki çıxışınız bunu bir daha təsdiqləyir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya çıxardınız. Ermənistan hələ də susmaqda davam edir. Ona görə ki, onlar qorxaq və oğrudurlar.

Biz Sizin siyasətinizi daim dəstəkləyirik və Qarabağ probleminin tezliklə Azərbaycanın xeyrinə həll olunacağına inanırıq.

Hörmətlə,

Ağayeva Reyhan Mülük qızı