06 iyul 2020, 14:30

Samit Quliyev və başqalarından, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq edilməsi, "Biz birlikdə güclüyük!" çağırışınız, aztəminatlı ailələrə və şəhid ailələrinə göstərdiyiniz maddi və mənəvi yardımlar, sosial yardıma ehtiyacı olan insanlara verilən birdəfəlik ödənişin 600 min nəfərə şamil edilməsi, ən nəhayət, insan amilinə verdiyiniz yüksək dəyər Azərbaycan xalqını bir daha əmin etdi ki, onun Sizin kimi müdrik Prezidenti və qətiyyətli Ali Baş Komandanı var.

Pandemiya ilə mübarizə sahəsində həkimlərimizin də rolunu qeyd etmək istəyirəm. Akademik Zərifə xanım Əliyeva vaxtilə demişdir: “Həkim insanlara günəş qədər lazımdır". Biz bu gün bu sözlərin nə qədər dəyərli olduğunun bir daha şahidiyik. Həkimlərimiz də çox sağ olsunlar ki, böyük ruh yüksəkliyi ilə çalışırlar.

Əziz Prezidentimiz, bu çətin vaxtda sosial layihələrin icrasının dayandırılmaması biz vətəndaşları sevindirir. Kəndimizdə 180 yerlik ən müasir tələblərə cavab verən məktəb tikilmişdir. Bu da Sizin Azərbaycan təhsilinə verdiyiniz qiymətin təzahürüdür. Bundan əlavə kəndimizdə yeni internet və telekommunikasiya xətləri çəkilmiş və əhalinin istifadəsinə verilmişdir. İnternetlə dünyaya çıxış gənc nəslin elminin və dünyagörüşünün inkişafında mühüm rol oynayır. Bütün bu göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə təşəkkür edir və siyasətinizi daim dəstəklədiyimizi bildiririk.

Dərin hörmətlə,

Quliyev Samit Mirzə oğlu

Seyidov Həbib Kamil oğlu

Əliyev Yusif Zəbulla oğlu

Abdullayev Məryəm Əlihəsən oğlu

Cəfərov Alim Məhəmməd oğlu və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Ərəbqardaşbəyli kəndi.