Tunis Respublikasının Prezidenti Kays Sayiddən

01 iyun 2020, 17:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Bu fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, ölkələrimiz arasındakı qardaşlıq və əməkdaşlıq əlaqələri xalqlarımızın maraqları naminə yeni üfüqlər açaraq daha da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətlə,

Kays Sayid

Tunis Respublikasının Prezidenti

SƏNƏDLƏRSərəncamlar06 avqust 2020
15:06
Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması...

06 avqust 2020, 15:06