29 may 2020, 13:00

Firəngiz Həmidovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bu günlərdə bəşəriyyət demək olar ki, əsrin bəlasına çevrilən COVID-19 adlı virusla mübarizə aparır. Belə bir vaxtda Siz anında xalqa müraciət etməklə, bir daha bizimlə - xalqla olduğunuzu isbatladınız. Xalqımız üçün belə bir çətin dönəmdə Sizi və etdiyiniz xeyirxahlıqları gözü götürməyən müxalif qüvvələr öz çirkin niyyətləri ilə görülən işlərə kölgə salmağa cəhd edirlər. Bildirmək istəyirəm ki, xalqımız Sizin həyata keçirdiyiniz bütün qabaqlayıcı tədbirləri bəyənir, paytaxtda və bütün bölgələrdə vətəndaşlarımızın sağlamlığının qorunması naminə görülən tədbirlər planını təqdirəlayiq hesab edirik. Pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində atılan hər bir addım mühüm strateji əhəmiyyət kəsb edir və baş verə biləcək fəsadların aradan qaldırılmasına yönəldilib. Bütün bunlar bir daha sübut edir ki, Siz xalqın sülh və rifahını təmin edə biləcək yeganə Lidersiniz!

Əziz Prezident, gördüyünüz hər bir işin bundan sonra da uğurla nəticələnəcəyinə o qədər əminik ki, Azərbaycanda yaşadığımıza görə fəxr edirik. Ulu Tanrı Sizə uzun ömür və cansağlığı qismət eləsin.

Dərin hörmət və minnətdarlıq hissi ilə,

Həmidova Firəngiz İsmayıl qızı,

İ.Əbilhəsənov adına 42 saylı tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.