28 may 2020, 12:00

Ceyhun Cahangirovdan, Goranboy, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən dünyanın çətin vəziyyətində Sizə bu məktubu yazmağı özümə borc bildim. Əvvəlcə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin kimi Prezidentimiz olduğu üçün çox şanslı millətik. Siz dünyanı təhlükəyə salan COVID-19 infeksiyasının ölkəmizə yayılmasının qarşısını alan qəhrəmansınız. Sizin humanizm prinsiplərinə əsaslanan sosial-iqtisadi siyasətiniz sayəsində vətəndaşlarımızın sağlamlığının və sosial rifahının pandemiya dövründə də qorunması yüksək səviyyədə təmin edilməkdədir. Aztəminatlı ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın Vətənimizə gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Möhtərəm cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuza, xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və ən yaxın silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.

Hörmətlə,

Cahangirov Ceyhun Vaqif oğlu

Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Goranboy rayonu.