Belçikalıların Kralı Filipdən

27 may 2020, 13:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırıram.

Pandemiya ilə əlaqədar çətin vəziyyətin yarandığı bu günlərdə Sizə və xalqınıza rifah və firavanlıq arzulayıram.

Hörmətlə,

Filip

Belçikalıların Kralı