22 may 2020, 17:30

Adil Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin böyük iradəniz, qətiyyətiniz, əzminiz sayəsində ölkəmiz koronavirusa qarşı güclü dirəniş göstərməkdədir. Möhtəşəm siyasətinizin nəticəsi və bəhrəsidir ki, dünyada geniş yayılan bu bəla ölkəmizdə özünü o qədər də güclü göstərə bilmədi. Şükürlər olsun ki, ölkəmizdə yoluxanların sayı digər ölkələrlə müqayisədə azdır.

Əziz Prezidentimiz, xalqımız Sizin yanınızdadır və Sizinlə fəxr edir. Biz Ağayevlər ailəsi də Sizi dəstəkləyirik. Sizə bütün həyat boyu işıqlı yol, sağlam ömür arzulayırıq.

Hörmətlə,

Ağayev Adil Sərvan oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.