22 may 2020, 17:15

Mehriban Əhmədovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz daim hər bir Azərbaycan vətəndaşının qayğısına qaldığınızı bütün addımlarınızla sübut edirsiniz.

Koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimində aztəminatlı ailələr xüsusi qayğı ilə əhatə olunub. Biz də belə ailələrdən biriyik. Bu günlərdə gördüyüm diqqət, ərzaq yardımı ilə təmin olunmağım mənə Qarabağ qazisi olan mərhum həyat yoldaşımın yoxluğunu unutdurdu.

Sizə bu qayğıya görə minnətdarlıq bildirirəm. Allah Sizdən razı olsun.

Hörmətlə,

Əhmədova Mehriban Məhəmməd qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.