22 may 2020, 17:00

İlkin Ağayev və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz bu çətin günlərdə diqqət və qayğınızı bizdən əsirgəmədiniz. İnşallah, vaxtında gördüyünüz tədbirlər sayəsində tezliklə koronavirus bəlası Azərbaycan xalqının başı üzərindən çəkilər. Biz buna inanırıq. Sizin uğurlu və uzaqgörən siyasətiniz, gördüyünüz qabaqlayıcı tədbirlər buna əmin olmağımıza əsas verir.

Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu davam etdirir, xalqımıza olan diqqət və qayğını gündən-günə artırırsınız. Dünyada geniş yayılmış koronavirusla mübarizədə güclü iqtisadiyyata malik olan ölkələrin aciz qaldığı bir dövrdə Azərbaycan xalqı Sizin qətiyyətli addımlarınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu bəladan az itki ilə qurtulacaq. Xalqımıza olan diqqətinizə görə Sizə təşəkkür edirik.

Allah Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı versin. Allahın amanında olasınız.

Hörmətlə,

Ağayev İlkin Çərkəz oğlu

Əliyev Cəlal Xəlil oğlu

Nuriyev Əfsər Mehrab oğlu

Əhmədova İlhamə Möhsüm qızı

Həbibova Ülkər Akif qızı

Abbasov Hikmət Şirzad oğlu

Hüseynov Əliyağa Ağəli oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu.