22 may 2020, 16:45

Təhminə Kərimovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyanı bürüyən bu virus bizim ölkəmizdən də yan keçmədi. Böyük dövlətlərin belə bu xəstəliyin qarşısında aciz qaldığını gördük. Siz istər gəncləri, istər yaşlıları, istərsə də uşaqları qorumaq üçün əlinizdən gələni əsirgəmədiniz. Sizin xalqa çağırışınız, verdiyiniz qərarlar, sərhədlərin vaxtında bağlanması, dövlətin bütün güc strukturlarının bu işlərə cəlb olunması sayəsində ölkəmizdə bu virusun yayılma coğrafiyası genişlənmədi. Buna görə Sizə təşəkkür edirik. Bu ağır günlərdə xalq və Prezident həmrəyliyi Sizin güclü Lider olduğunuzun sübutudur. Biz hər zaman Sizinləyik, cənab Prezident.

Hörmətlə,

Kərimova Təhminə.

Azərbaycan Respublikası, Salyan rayonu.