04 may 2020, 17:00

Musa İsmayılovdan, Yevlax, Azərbaycan

Hörmətli Birinci vitse-prezident Mehriban xanım.

Sizin bir nənə, ana, bacı, övlad kimi xalqa müraciətiniz biz sadə iş adamlarını daha da ruhlandırdı. Dünyada tüğyan edən pandemiya ilə əlaqədar müraciətlərinizə görə Yevlax şəhərində yerləşən və cənab Prezidentimizin sahibkarlara böyük qayğısı sayəsində fəaliyyət göstərən “Laçın-2012” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi adından Sizə minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezidentimizin və Sizin xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması üçün gördüyünüz tədbirlər, verdiyiniz tapşırıqlar, etdiyiniz maddi və mənəvi kömək ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını aldı. Əminik ki, Sizin rəhbərliyinizlə xalqımız bu bəladan tamamilə xilas olacaq və insanlar əvvəlki işgüzar fəaliyyətlərinə qayıdacaqlar.

Hörmətli Mehriban xanım, biz də hər bir vətəndaşa göstərdiyiniz qayğınızı dəstəkləyir, Sizə dərin minnətdarlığımızı bildiririk. Uca Allahdan Sizə və ailənizə cansağlığı, işlərinizdə uğurlar arzu edirik.

“Laçın-2012” MMC-nin kollektivi adından hörmətlə,

İsmayılov Musa Laçın oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu.