09 aprel 2020, 13:00

İlham Rzayev və Qurban Səfərovdan, Daşkəsən, Azərbaycan

Möhtərəm cənab Prezident.

İnsanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarıq. Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı ilə bunu bir daha nümayiş etdirdiniz.

Daşkəsən rayonunun bütün sakinləri koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirləri dəstəkləyirlər.

Əminik ki, Sizin rəhbərliyinizlə bu ağır vəziyyətdən az itkilərlə çıxa biləcək, həmrəylimiz sayəsində bu virusa qalib gələcəyik.

Hörmətlə,

Rzayev İlham Hidayət oğlu

Səfərov Qurban Bəylər oğlu.

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Kəmərqaya kəndi.