09 aprel 2020, 11:40

Tofiq Ağahüseynovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Koronavirusa qarşı mübarizə sahəsində imzaladığınız sərəncamlarınızı, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələrinizi və təşəbbüslərinizi dəstəkləyirik.

Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına inanırıq.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz dəyərli töhfəsini verəcəkdir.

Hörmətlə,

Ağahüseynov Tofiq, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik.

Azərbaycan Respublikası, Bakı şəhəri.