09 aprel 2020, 10:00

İnşallah Əsədovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu günlərdə Sərəncamınıza əsasən yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı bir qrup məhkumun əfv edilməsi bir daha Sizin böyüklüyünüzü, çətin günlərdə hər kəsi düşündüyünüzü göstərdi.

Böyük humanistlik nümayiş etdirdiyinizə, bununla da on minlərlə vətəndaşı sevindirdiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, bu xeyirxah addımınız ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir.

Biz müəllimlər əlində qələm tutan əsgərlər olaraq daim Sizin yanınızdayıq. Allah Sizi qorusun.

Hörmətlə,

Əsədov İnşallah Bəhman oğlu, Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.