08 aprel 2020, 12:00

Oksana Uzbaşovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xalqınızı qoruduğunuza, koronavirusa operativ reaksiya verdiyinizə görə Sizə minnətdarlıq etmək istəyirəm. Allah Sizə cansağlığı versin.

Çox əfsuslar olsun ki, mən Azərbaycan vətəndaşı deyiləm. Lakin Bakıda yaşadığım üçün özümü təhlükəsizlikdə hiss edirəm və bu, Sizin sayənizdədir. Buna görə şəxsən öz adımdan və ailəm adımdan Sizə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan vətəndaşı ilə ailə qurmuşam və artıq 5 ildir ki, ölkənizdə yaşayıram. Çox sevinirəm ki, qız övladım müstəqil Azərbaycanda sabit, firavan mühitdə böyüyür.

Ailəmiz adından Sizə və ailə üzvlərinizə bir daha təşəkkür edirəm.

Hörmətlə,

Uzbaşova Oksana Şotayevna.

Azərbaycan Respublikası, Bakı şəhəri.