08 aprel 2020, 10:00

Ehtibar Həsənov və başqalarından, Daşkəsən, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin koronavirusa qarşı mübarizədə sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələrinizi və təşəbbüslərinizi ürəkdən dəstəkləyirik və çağırışınıza qoşulmuşuq.

Vaxtında görülmüş tədbirlər nəticəsində hazırda Azərbaycanda koronavirusla səmərəli mübarizə aparılır. Bütün tələb və tövsiyələrə məsuliyyətlə yanaşaraq xalqımızın bu bəladan tezliklə xilas olacağına inanırıq.

Əminik ki, Sizin uzaqgörən siyasətiniz və müdrik qərarlarınız sayəsində vətəndaşlarımız COVID-19 infeksiyası ilə mübarizədən çox az zərərlə çıxacaqlar. Azərbaycan üçün gördüyünüz bütün işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Tam əminik ki, xalqımızın taleyi əmin əllərdədir.

Hörmətlə,

Həsənov Ehtibar

Məmmədov İsax

Qəhrəmanova Rəna.

Azərbaycan Respublikası, Daşkəsən rayonu.