04 aprel 2020, 11:00

Əbülfət Əliyevdən, Xocavənd, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son vaxtlar dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması istiqamətində gördüyünüz qabaqlayıcı tədbirlər Xocavənd rayonunun ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılanır. İnsanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyinin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.

Cənab Prezident, biz azərbaycanlılar birlikdə çox sınaqlardan çıxmışıq. İnanırıq ki, bu çətinliyi də birlikdə dəf edəcək, tezliklə yenidən firavan həyata qovuşacağıq. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə xocavəndlilər adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə, Əliyev Əbülfət Hilal oğlu.

Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndi.