24 fevral 2020, 16:45

Yaqut Ələsgərovadan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin və Sizin sayənizdə bu gün Azərbaycan təlatümlü dünyada sabitlik adasına çevrilib. Ölkəmizdə mötəbər idman yarışlarının, mədəni yığıncaqların, dinlər və sivilizasiyalar arasında dialoqların və digər tədbirlərin keçirilməsi də Azərbaycana olan yüksək inam və etibardan irəli gəlir. Bu, eyni zamanda, ölkəmizin xarici əlaqələrinin sürətlə inkişaf etdiyini göstərir.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə Ermənistanın baş nazirinə verdiyiniz tutarlı cavablar, faktlara əsaslanan çıxışınız bütün xalqımızı sevindirdi və qürurlandırdı. Siz Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya çatdırdınız, Ermənistanın işğalçılıq siyasətini növbəti dəfə ifşa etdiniz.

Cənab Prezident, Siz xalqın tükənməyən alqışlarına layiqsiniz. Biz Sizinlə fəxr edirik.

Dərin hörmətlə,

Ələsgərova Yaqut, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Salyan rayonu.