20 fevral 2020, 15:50

Ruhəngiz Qurbanovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan!

Biz xalq olaraq bu gün özümüzü çox güclü hesab edirik. Ona görə ki, güclü və cəsarətli liderimiz, qüdrətli dövlətimiz var. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrdə Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını konkret faktlarla beynəlxalq ictimaiyyət qarşısında Ermənistanın baş nazirinə qarşı deməyiniz bizi hədsiz fərəhləndirdi. Bu hadisə bir daha göstərdi ki, tarixi təhrif edənlər, onu saxtalaşdıranlar elə tarix qarşısında da cavab verməli olacaqlar.

Əziz Prezidentimiz, inanırıq ki, bu kimi hadisələr Ermənistana beynəlxalq təzyiqlərin artmasına, Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılmasına gətirib çıxaracaqdır. Allah xalqımıza Qarabağ qələbəsi qismət etsin!

Hörmətlə,

Qurbanova Ruhəngiz Əli qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.