17 fevral 2020, 17:45

Sənan Quliyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident!

Geniş dünyagörüşü və savadınızla Ermənistanın baş nazirini Münxendə Qarabağla bağlı müzakirələrdə məğlub etdiyinizə görə Sizə minnətdarıq. Siz Azərbaycanın haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdınız. Eyni zamanda, strateji hədəflərimizin nəinki Qarabağı, həm də İrəvanı Azərbaycana qaytarmaq olduğunu göstərdiniz.

Qətiyyətli mövqeyiniz mənə qürur hissi ilə yanaşı, sevinc də yaşatdı. Biz əminik ki, torpaqlarımız Sizin rəhbərliyinizlə işğaldan tezliklə azad olunacaq, strateji hədəflərimizə çatacağıq. Xalq bu yolda Sizinlədir.

Dərin hörmətlə,

Quliyev Sənan Fəqan oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.