17 fevral 2020, 17:05

Mehman Zeynalovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Almaniyanın Münxen şəhərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Ermənistanın baş nazirini tutarlı tarixi faktlarla aciz duruma saldığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Layiqli cavablarınızla, sübut və faktlarla Ermənistana və onun baş nazirinə layiq olduğu yeri göstərdiniz.

Sizin çıxışınızı izləyərkən sevincdən qəhərləndim. Damarında azərbaycanlı qanı axan hər bir insan buna sevinir. Münxendə əsl liderlik nümayiş etdirdiniz və bu, millətimizdə böyük ruh yüksəkliyi yaradıb.

On doqquz yaşlı oğlum hazırda Vətənin keşiyindədir. Mən də hər an Vətənin müdafiəsinə hazıram. Çünki mənim Vətənimizi sevən, xalqın qayğısına qalan qeyrətli Prezidentim var.

Var olun, cənab Prezident!

Dərin hörmətlə,

Zeynalov Mehman Məhərrəm oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.