17 fevral 2020, 16:50

Əsmər Əliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dövlətimizin və xalqımızın rifahı üçün dərin çalışmalarınıza görə Azərbaycan Respublikasının vətəndaşı olaraq, Sizə öz təşəkkürümü bildirirəm.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Sizin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə təcavüzkar ölkənin rəhbərinin heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirmək cəhdi gülüş doğurdu. Telekanallarda bu müzakirəni ailəmlə izlədik və Sizinlə bir daha qürur duyduq. Nə yaxşı ki, ölkəmizə məhz Siz rəhbərlik edirsiniz və biz bu gözəl rifahı Sizə borcluyuq. Tədbirin gedişatı zamanı Sizin məntiqli, tutarlı arqumentlər səsləndirməyiniz bir daha sübut etdi ki, Siz təcavüzkar ölkə rəhbərindən istər təhsildə, istərsə də siyasətdə daha üstünsünüz.

Bu gözəl və qürurduyucu an üçün ailəm adından Sizi təbrik edirəm və Sizin Ali Baş Komandanlığınızla Qarabağımızın düşmən əsarətindən yaxın zamanda təmizlənəcəyinə inanıram.

Dərin hörmətlə,

Əliyeva Əsmər Akif qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.