17 fevral 2020, 16:00

Anar Şahmuradovdan, Ağdaş, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə tarixi və diplomatik çıxışınızla bir daha Azərbaycan həqiqətlərini bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdınız. Düşmən ölkənin baş nazirinin çıxılmaz vəziyyətə düşməsi və müzakirələr zamanı diqqətini toplaya bilməməsi Ermənistanın işğalçı ölkə olmasını beynəlxalq aləmə sübut etmiş oldu.

Cənab Prezident. Bir gənc olaraq Sizin bu çıxışınızdan böyük qürur hissləri keçirir və işğal altında olan torpaqlarımızın yaxın gələcəkdə uğurlu siyasətiniz sayəsində düşmən əsarətindən azad olunacağına əminliyimi bildirirəm. Sizin bu tarixi, möhtəşəm çıxışınız dövlətimizin diplomatik zəfəridir. Sizə çalışdığım müəllim kollektivi, eyni zamanda, ağdaşlı gənclər adından dərin minnətdarlığımı bildirirəm. Biz ağdaşlılar hər zaman olduğu kimi, bundan sonra da Sizin ətrafınızda sıx birləşəcəyik. Sizinlə qürur duyuruq.

Dərin hörmətlə,

Şahmuradov Anar Raqif oğlu

Azərbaycan Respublikası, Ağdaş rayonu, Kotanarx kəndi.