Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Qotabaya Racapaksaya

03 fevral 2020, 17:00

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli dostluq əlaqələri, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2020-ci il.