İlham Əliyevin Davosda İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə görüşü olub

22 yanvar 2020, 22:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşü olub.

Görüşdə ikitərəfli əlaqələr müzakirə olundu, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparıldı, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu vurğulandı. Azərbaycan ilə İsveçrə arasında iqtisadi əlaqələrə toxunuldu, bu münasibətlərin inkişafından məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edildi. Prezident İlham Əliyev ölkəmizdə reallaşdırılan bərpaolunan enerji layihələri barədə məlumat verdi. Gələcəkdə turizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində də bərpaolunan enerjidən istifadənin mümkünlüyü bildirildi. Vurğulandı ki, alternativ enerjinin Azərbaycanda böyük potensialı var.

SƏNƏDLƏRSərəncamlar22 fevral 2020
16:35
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis...

22 fevral 2020, 16:35