22 yanvar 2020, 12:30

Məhərrəm Həsənovdan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə gördüyünüz işlər göz önündədir. Sizin gərgin işinizin nəticəsidir ki, Azərbaycan gündən-günə inkişaf edir, xalqın güzəranı daha da yaxşılaşır. Bütün sahələrdə inkişaf var və əldə olunan nailiyyətlər də xalqımızı çox sevindirir.

Belə bir gözəl atalar sözü var: “Ot öz kökü üstə bitər”. Siz yüksək idarəetmə qabiliyyəti ilə dünya liderləri arasında böyük nüfuza maliksiniz, Azərbaycan xalqının sevimlisi, ulu öndər Heydər Əliyevin layiqli davamçısınız. Sizin atdığınız hər bir uğurlu addımı alqışlayırıq. Azərbaycanın bölgələrinə səfər edərkən sadə insanlarla səmimi söhbətiniz və problemlərlə yaxından maraqlanmağınız xalq arasında böyük sevinc yaradır.

Sizin apardığınız islahatlar xalqa çox böyük töhfələr verir və verəcəkdir. Zaqatalaya olan diqqət və qayğınızı da alqışlayırıq. Bu bölgədə baş verən zəlzələ zamanı zərərçəkmiş evlərin və sosial obyektlərin əvəzində yeniləri tikildi. Bizim Mamrux kəndində Sizin Sərəncam ilə iki yeni subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Buna görə vətəndaşlar Sizə “çox sağ olun” deyir, uzun ömür, cansağlığı arzulayır.

Dövlətimizin ünvanına böhtan atan, xaricə qaçıb orada qara qüvvələrin əlaltısına çevrilən, şəxsi mənafelərinə görə Vətənə xəyanət edən və ölkəmizin adına ləkə salan şəxslər Vətən xainləridir. Onların məqsədi ölkəmizdə sabitliyi pozmaqdır. Biz onların əməllərini qətiyyətlə pisləyirik.

Cənab Prezident, xalqımız Sizə güvənir, apardığınız siyasəti alqışlayır və dəstəkləyir. Zaqatalanın sağlam düşüncəli bütün insanları Sizinlədir.

Kənd ağsaqqalları adından hörmətlə,

Həsənov Məhərrəm

Azərbaycan Respublikası, Zaqatala rayonu, Mamrux kəndi.