13 yanvar 2020, 16:00

Mətanət Qaraxanovadan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sosial sahədə islahatların həyata keçirilməsi, xüsusilə işsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun təmin edilməsi üçün görülən məqsədyönlü tədbirlər hər kəsdə razılıq doğurur.

Aztəminatlı ailənin üzvü olaraq mənə özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu mal-qara verilməsi ilə əlaqədar müraciət etmişdim. Müraciətimə əsasən, evimə, həyət şəraitimə baxış keçirildi və mən təlim kurslarına cəlb olundum. Təlimi bitirdikdən sonra imtahan verərək, bu sınaqdan uğurla keçdim. Öz ailə təsərrüfatımı qurmaq üçün mənə 2 baş qaramal, üstəlik 400 kiloqram yem verildi.

Cənab Prezident, ailəm adından Sizə təşəkkür edir, Azərbaycanımızın daha da inkişafı üçün həyata keçirdiyiniz işlərdə uğurlar arzulayıram. Allah Sizi və doğmalarınızı qorusun.

Hörmətlə,

Qaraxanova Mətanət Yasin qızı.

Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi.