09 yanvar 2020, 21:30

Xalid Abdullayevdən, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının inkişafı üçün apardığınız uğurlu islahatlara, iqtisadi, siyasi, sosial və digər sahələrdə atdığınız qətiyyətli addımlara görə Sizə təşəkkürümüzü bildirirəm.

Çox qürurverici haldır ki, Azərbaycanın inkişafı naminə olan bu işlərdə gənclərə xüsusi yer verirsiniz. Mən bir Azərbaycan gənci olaraq şəxsən öz adımdan və Lerik gəncləri adından Sizə dərin təşəkkürümü bildirirəm. Əminik ki, Sizin apardığınız siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu daha da artacaq və möhkəmlənəcəkdir. Tanrı bu yolda Sizə kömək olsun.

Hörmətlə,

Abdullayev Xalid Şirinbək oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Monidigah kəndi.