09 yanvar 2020, 17:00

Gülarə Verdiyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin gənclərimizə verdiyiniz önəm, göstərdiyiniz diqqət və qayğı sayəsində bir neçə ildir dövlət qurumlarına, mötəbər tədbirlərə könüllülərin cəlb edilməsi hərəkatı başlanmışdır. Bunun nəticəsi olaraq gənclərimiz dövlətimizə və dövlətçiliyimizə daha yaxın olmuş və ölkəmizdə gənclər siyasəti daha da sürətlə inkişaf etmişdir. Gənclərimizin yenilikçi fikirlərindən və müsbət enerjilərindən bəhrələnməklə xalqımıza daha keyfiyyətli və operativ xidmət göstərilir.

2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi dövlətimizə və dövlətçiliyimizə könüllü xidmət edən gənclərimizlə yanaşı, bizi də çox sevindirdi. Gənclərimizə olan bu böyük etimadınıza və qayğınıza görə Nəsimi rayon ictimaiyyəti adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Verdiyeva Gülarə Eyvaz qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.