08 yanvar 2020, 17:20

Bəşir Abbasov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə həm siyasi, həm də iqtisadi sahədə apardığınız məqsədyönlü fəaliyyətiniz mingəçevirliləri ürəkdən sevindirir. Sizin həyata keçirdiyiniz islahatlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət edir. Son illərdə ölkəmizin bütün regionlarında yol infrastrukturu yaxşılaşdırılıb.

“Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini Mingəçevir şəhəri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə 2019-cu il dekabrın 25-də imzaladığınız Sərəncamınıza görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən çox məmnunuq. Sizə uzun ömür, möhkəm cansağlığı diləyir, gələcək işlərinizdə uğurlar arzu edirik. Yeni iliniz mübarək olsun.

Hörmətlə,

Abbasov Bəşir Aşır oğlu

Xuduyev Əvəz Xasməmməd oğlu

Zeynalov Yahya Aslan oğlu

Quluyev Abbas Ədil oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.