29 dekabr 2019, 14:00

Fərman Qurbanov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu il dekabr ayının 19-da pambıqçılıq mövsümünün yekunları ilə bağlı keçirilən müşavirədə Tərtər rayonu haqqında dediyiniz xoş sözlər biz tərtərliləri qürurlandırdı. Uşaqdan böyüyə hər kəs Sizinlə fəxr edir, Sizi dəstəkləyir.

Siz 2016-cı ilin aprel döyüşlərində ermənilər yaşayış məntəqələrimizi atəşə tutan ərəfədə də bizə böyük qayğı göstərdiniz. Sizin Sərəncamınızla ciddi zədə almış evlər bərpa edildi, dağılmış evlərin əvəzinə yeni evlər inşa olunaraq bizə verildi. Necə deyərlər, Siz yaxşı günümüzdə də, pis günümüzdə də bizim yanımızda olmusunuz. Sizin kimi xalqını sevən, onun qayğıları ilə yaşayan Prezidentimiz olduğu üçün fəxr edirik.

Düşmənlə üz-üzə, göz-gözə yaşayıb işləyən tərtərlilər haqqında dediyiniz xoş sözlər üçün rayonumuzun sakinləri adından bir daha Sizə öz minnətdarlığımızı bildiririk. Tərtərlilər ön cəbhədə mətin olduqları kimi, əmək cəbhəsində də Sizin diqqət və qayğınızla bütün hədəfləri dəf etməyə hazırdırlar.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Qurbanov Fərman,

Umudov Elvin,

Mehdiyev İsmayil,

Əliyev Aqil

Azərbaycan Respublikası, Tərtər rayonu.