28 dekabr 2019, 18:30

İntiqam Nəsirov və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu gün respublikamızın hər yerində, hətta ucqar kəndlərində belə infrastruktur layihələri həyata keçirilir, yeni sosial obyektlər istifadəyə verilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət sağlam əqidəyə, möhkəm iqtisadi özülə söykənir. Çox şadıq ki, bölgələrdə infrastruktur obyektlərin tikintisi çərçivəsində aparılan işlərdən Göyçay rayonunun Qarabaqqal kəndinə də pay düşmüşdür. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Qarabaqqal kənd uşaq bağçasının tikilərək istifadəyə verilməsi bizim böyük sevincimizə səbəb olmuşdur. Azyaşlı uşaqlarımız sağlam mühitdə və gözəl şəraiti olan bağçada təlim-tərbiyə alacaqlar.

Biz Qarabaqqallılar bu müasir inventar və avadanlıqlarla təchiz edilmiş bağçanı özümüzə Yeni il hədiyyəsi hesab edirik. Sizi və Mehriban xanım Əliyevanı qarşıdan gələn 2020-ci il münasibətilə təbrik edir, apardığınız siyasəti hamılıqla dəstəklədiyimizi bildiririk.

Hörmətlə,

Nəsirov İntiqam Nəriman oğlu,

Xəlilov Fəxrət Əhməd oğlu,

Cavadov Mahir Sirac oğlu,

Kərimov Elvin Tahir oğlu,

İsgəndərov Veyis Mirəddin oğlu və başqaları (cəmi 9 nəfər). Azərbaycan Respublikası, Göyçay rayonu, Qarabaqqal kəndi.