28 dekabr 2019, 12:00

Xanım Babayevadan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə təbrik edir, Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi arzulayırıq.

Pambıqçılığın inkişafına dair keçirdiyiniz müşavirədə Saatlı rayonuna Kür çayından yeni kanalın çəkilməsi ilə əlaqədar verdiyiniz tapşırığınıza görə Sizə razılığımızı və minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu layihənin həyata keçirilməsi ilə əməkçilərin rifah halı daha da yaxşılaşacaqdır.

Sizə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirik.

Hörmətlə,

Babayeva Xanım Xanhüseyn qızı.

Azərbaycan Respublikası, Saatlı rayonu, Qıraqlı kəndi.