27 dekabr 2019, 16:50

Mirməhəmməd Yəhyayevdən, Samux, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf edir. Sizin gərgin əməyiniz nəticəsində qazanılan nailiyyətlər hesabına Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza sahibdir.

Sizin qayğınızı biz şagirdlər də hər an hiss edir, buna sevinir və Sizi alqışlayırıq. Oxuduğumuz müasir məktəb bu qayğının bariz nümunəsidir. “Ölkəmizi tanıyaq” layihəsi də Sizin təşəbbüsünüzdür, Sizin adınızla bağlıdır.

Hörmətli cənab Prezident, xalqımız üçün gördüyünüz xeyirxah işlərə görə Sizə minnətdarıq və təşəkkür edirik.

Fürsətdən istifadə edərək, qarşıdan gələn əlamətdar bayramlarla əlaqədar Sizə arzularımı çatdırmaq istəyirəm. İlk növbədə, Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm və Sizə cansağlığı diləyirəm. Həmçinin Yeni il bayramı münasibətilə Sizi və ailənizi şəxsən öz adımdan, sinif yoldaşlarım və ailəm adından ürəkdən təbrik edir, Sizə işlərinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Yəhyayev Mirməhəmməd Saleh oğlu, Lək kənd tam orta məktəbinin 9-cu sinif şagirdi.

Azərbaycan Respublikası, Samux rayonu, Sarıqaya kəndi.