14 dekabr 2019, 18:30

Sitarə Təhməzovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə müasir orta məktəblərin inşa edilməsi gələcəyimiz olan uşaqların daha bilikli yetişmələri, Vətənimiz üçün layiqli övladlar olmaları üçün əvəzsiz töhfədir. Sakini olduğum Salyan rayonunun A.Əliyev adına Aşağı Kürkəndi kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdə idi. Heydər Əliyev Fondunun xətti ilə kəndimizdə yeni məktəb binasının inşasına başlanılmışdır. Həm şagirdlər, həm də pedaqoji kollektiv yeni məktəbə köçəcəkləri günü səbirsizliklə gözləyirlər.

Möhtərəm cənab Prezident, bu işlərin dəyəri çox böyükdür. Məktəbin kollektivi və valideynlər adından Sizə öz dərin təşəkkür və minnətdarlığımızı bildirirəm.

Tanrı Sizi hifz etsin.

Hörmətlə,

Təhməzova Sitarə Ramiz qızı.

Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı Kürkəndi kəndi.