14 dekabr 2019, 18:00

Sərhəddin Abdullayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin diqqətiniz bizi daha da ruhlandırır, gələcək uğurlara səsləyir. Ölkəmizdə təhsilin və elmin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəm.

Əziz Prezidentimiz, Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, sevinc dolu günlər arzulayıram.

Dərin hörmətlə,

Abdullayev Sərhəddin, BDU-nun nəzəri fizika kafedrasının professoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.