14 dekabr 2019, 14:10

Aslanov Vaqif və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin diqqət və qayğınız, regionların sosial-iqtisadi inkişafına yönələn dövlət proqramlarının və sərəncamlarınızın icrası sayəsində son illər respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır.

Son illər ərzində 1170 məcburi köçkün ailəsinin yaşadığı yeni kompleksə yollar çəkilib, Sarov-Borsunlu, Tərtər-Seydimli, Qaradağlı-Sarov, Qaradağlı-Buruc, Tərtər-Hindarx yolları əsaslı təmir olunub. Hazırda isə 9 kəndi birləşdirən Səhlabad-Hüsənli kəndlərarası yolun tikintisi aparılır.

Möhtərəm cənab Prezident, cəbhə bölgəsində yaşayan insanlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. İndi biz mənzil başına rahat və tez çatır, istehsal etdiyimiz məhsulları isə lazımi ünvanlara itkisiz apara bilirik. Allah köməyiniz olsun.

Hörmətlə,


Aslanov Vaqif

Hüseynov Muradxan

Qarayev Cümşüd

Səfərov Alışan

Mehdiyev Habil.

Azərbaycan Respublikası, Tərtər rayonu.