13 dekabr 2019, 11:00

Allahverdi Əkbərovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Siz Azərbaycanı uğurlara aparırsınız. Ölkəmizdə demokratiya, söz azadlığı var, əmin-amanlıq bərqərar edilib, milli birlik formalaşıb. Çox təəssüf ki, bu uğurlara paxıllıqla yanaşan, bunları gözü götürməyən bədnam qruplar da var. Özü də bu qrupların bir çox üzvü həmin şəxslərdir ki, onların ölkəmizə rəhbərliyi dövründə - 1992-1993-cü illərdə biz anarxiyanın şahidi olmuşuq. Bəzi xarici qüvvələrin həmin şəxslərə dəstək verməsi də qəbuledilməzidir.

Mən özüm 2000-2005-ci illərdə beynəlxalq təşkilatlardan birinin Şəki şöbəsində sədr olmuşam. Yəni, o təşkilatları da görmüşəm. Oradan uzaqlaşıb doğma ölkəmin sadə vətəndaşı olaraq Şəki Mərkəzi Xəstəxanasında sadə qazanxanaçı işinə düzəldim və hazırda həmin işdə çalışıram.

Cənab Prezident, bizə ölkəmizin hər bir sahədə irəliləməsi lazımdır ki, onu da Siz edirsiniz və buna görə də vətəndaşlar Sizə minnətdardırlar.

Siz bir çox dəyişikliklərə imza atmısınız. Bunlardan biri də icbari tibbi sığortaya keçiddir ki, bunu da vətəndaşlar alqışlayırlar. Bu il icbari tibbi sığortaya keçid üçün hazırlıq ili elan olunub və gələn ildən bütün ölkə üzrə tibbi sığorta tətbiq ediləcəkdir. Bu yenilik çalışdığım xəstəxananın işçilərində, eləcə də xəstələrdə xüsusi məmnunluq, razılıq yaradıb.

Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkürümü bildirirəm. Biz sadə vətəndaşlar daim Sizin siyasi kursunuzun tərəfindəyik.

Ulu Öndərimizin layiqli davamçısı dəyərli Prezidentimizə və Birinci vitse-prezidentimizə “çox sağ olun!” deyir, gələcək işlərində uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Əkbərov Allahverdi Cahangir oğlu.

Azərbaycan Respublikası, Şəki şəhəri.