11 dekabr 2019, 21:00

Ramil Namazovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son 16 ildə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, öz dövlətçiliyini inkişaf etdirib, siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirib. Bu mənada Siz cəmiyyətin sosial-psixoloji impulslarını, o cümlədən ölkədəki ictimai-siyasi durumu dəqiqliklə müəyyən edir, əhalinin mənəvi ovqatını, daim yenilənən baxış və gözləntilərini aydın qiymətləndirirsiniz.

Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə milli dəyərləri özündə əks etdirən, liberal prinsiplərə əsaslanan iqtisadi model yaradan Azərbaycan bu dövrdə həm regional, həm də qlobal miqyasda lider mövqelərə sahib olub. Ölkəmizdə keçirilən beynəlxalq mötəbər tədbirlər bunun bariz nümunəsidir. Eyni zamanda, Sizin yürütdüyünüz siyasət ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanaraq gənclərə özlərini isbatlamaq üçün şərait yaradır, onlara böyük meydan verir, sabahın peşəkar idarəçilərini formalaşdırır. Sizin siyasətinizin mərkəzində bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara indidən uyğunlaşan Azərbaycan vətəndaşı dayanır. Respublikamız yeni inkişaf hədəflərinə doğru xalqın arzuladığı kimi, məhz Sizin rəhbərliyinizlə gedəcək.

Cənab Prezident, bizim elm adamları da qəti əminik ki, Siz bizim bu günümüzün və sabahımızın təminatçısısınız. Biz gələcəyimizi Sizə etibar etmişik.

Dərin ehtiramla,

Namazov Ramil, iqtisad üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.