09 dekabr 2019, 12:15

Nadir Babayevdən, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməkdən çox məmnun qaldım. Tur-aksiya zamanı ölkəmizin şimal bölgəsini görmək şansı əldə etməklə bərabər, Azərbaycanın müxtəlif bölgələrindən çoxsaylı dostlar qazandım. Bu layihə şagirdlər üçün çox maraqlıdır.

Cənab Prezident, bu təşəbbüsünüzə görə Sizə minnətdaram. Uşaqlıq xatirəmdə silinməz izlər buraxan “Ölkəmizi tanıyaq” tur-aksiyasını hər zaman xoş duyğularla xatırlayacağam.

Hörmətlə,

Babayev Nadir Şirzad oğlu, 10-cu sinif şagirdi.

Azərbaycan Respublikası, Göyçay rayonu.