06 dekabr 2019, 17:50

Abuzər Xələfovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetiniı 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin, elmin inkişafındakı xidmətlərimə görə Sizin Sərəncamınızla “Şərəf’ ordeni ilə təltif olunmağım mənə çox böyüt fərəh hissi yaşatdı. Buna görə universitetdə 70 ilə yaxın fəaliyyət göstərmiş ağsaqqal alim, pedaqoq və müharibə veteranı kimi mən Sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkəmizdə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Sizin tərəfinizdən layiqincə davam etdirilən sosial-iqtisadi və mədəni yüksəlişdə əməyi keçən şəxslərin təltif edilməsi artıq ənənə halını almışdır. Sizin apardığınız uğurlu siyasətin nəticəsi olaraq son illər ölkəmizdə sosial, iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində qazanılan nailiyyətlər Bakı Dövlət Universitetinin timsalında əyani şəkildə görünür.

Hörmətli cənab Prezident, Sizin Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki çıxışınızı qocaman bir təhsil işçisi, sadə bir vətəndaş kimi əvvəldən sonadək diqqətlə dinlədim və böyük iftixar hissi keçirdim. Bu çıxış xalqımızın tarixinə, keçmişinə, bu gününə və gələcəyinə yüksək qiymət verməklə böyük səfərbəredici qüdrətə malik idi. Müstəqil Azərbaycan Respublikasının inkişafı naminə gördüyünüz işlərə, həmçinin yaşlı və gənc nəslə olan səmimi və mehriban münasibətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, ölkəmizdə baş verən hər bir yenilik, iqtisadi quruculuq işləri Sizin məqsədyönlü fəaliyyətinizdən xəbər verir. Sizin gördüyünüz əvəzolunmaz işlərin hər biri tarixə keçir və gələcək nəsillərə xoş ovqat verəcəkdir.

Bir daha Sizə təşəkkürümü bildirir, Azərbaycanın istər daxili, istərsə də beynəlxalq siyasətində daha böyük uğurlar qazanması istiqamətində titanik fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.

Səmimiyyətlə,

Xələfov Abuzər, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin fəxri professoru, Prezidentin fərdi təqaüdçüsü, tarix elmləri doktoru, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.