06 dekabr 2019, 13:05

Xanlar Sətullayevdən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin apardığınız inqilabi islahatları diqqətlə və yaxından izləyir, ürəkdən dəstəkləyirəm. Siz hər zaman Azərbaycan jurnalistlərinin dostu olmusunuz. Son günlərdəki sərəncamlarınız Azərbaycanın müasir çağırışlara cavab verməsi və daha güclü inkişafı üçün çalışdığınızı bir daha sübut etdi.

Sizə ürəkdən təşəkkür edir, hər zaman ulu öndər Heydər Əliyev ideyalarının və Sizin müdrik siyasətinizin təbliğatçısı kimi dövlətçiliyimizin xidmətində durmaqdan şərəf hissi duyduğumu bildirirəm. Allah Sizə və Mehriban xanım Əliyevaya uzun ömür versin.

Hörmət və ehtiramla,

Sətullayev Xanlar Əliheydər oğlu, “yenilik.az” saytının baş redaktoru.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.