06 dekabr 2019, 12:30

Rəna Hacıyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Ağayev Eldar Əsgər oğlunun həyat yoldaşıyam. Sizə ünvanladığım müraciətə əsasən, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində mənzillə təmin olunmuşam. Övladımla birlikdə sevinir, qəlbən rahatlıq tapırıq.

Hörmətli cənab Prezident, Vətən uğrunda fədakarlıq göstərən şəxslərin ailələrini hər zaman diqqətdə saxladığınıza və bizi mənzillə təmin etdiyinizə görə Sizə təşəkkür edirəm. Azərbaycan Respublikasının Milli qəhrəmanlarının ailələrinə olan qayğınız Vətənimizə böyük sədaqətinizin göstəricisidir, Azərbaycanın dövlətçiliyinə, xalqına və gələcəyinə böyük töhfədir. Ömrünüz uzun olsun.

Hörmətlə,

Hacıyeva Rəna Şamil qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.