15 noyabr 2019, 12:45

Sərdar Novruzov və Kərim Musayevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaşadığımız binaların həyətlərinin və ətrafının abadlaşdırılmasına, nümunəvi məhəllələrin yaradılmasına görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Yeni məhəllələrdə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, uşaqların əylənmələri, ahıl insanların yığışıb rahat söhbət etmələri və öz fikirlərini bölüşmələri üçün guşələr yaradılıb. Biz yaradılan bu imkanlardan mütəmadi olaraq istifadə edirik.

Ümumiyyətlə, Sizin diqqətiniz sayəsində qədim Gəncə durmadan inkişaf edir, qədimliyin və müasirliyin vəhdətini özündə təcəssüm etdirir. Bu şəhərin sakinləri olmağımızla fəxr edirik.

Cənab Prezident, təkcə gəncəlilər üçün deyil, bütövlükdə ölkə əhalisi üçün yaradılan şəraitə görə Sizə təşəkkür edirik. Sizə daim xoş günlər, firavan həyat arzulayırıq.

Hörmətlə,

Novruzov Sərdar Əli oğlu

Musayev Kərim Məlik oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.